İsmayıllıda oğul söyüş söyən atasını öldürdü - Təfərrüat - Video

Hazırda oxunan: İsmayıllıda oğul söyüş söyən atasını öldürdü - Təfərrüat - Video

645519

İsmayıllıda oğul atasını qətlə yetirib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Talıstan kəndində baş verib.
 

Kənd sakini, 1996-cı il təvəllüdlü Kənan Əzizov yaşadığı evdə atası Bəhlul Əzizov ilə mübahisə edib. Sərxoş vəziyyətdə olan ata oğlunu danlayıb və onu söyüb. Kənan dəfələrlə atasından söyüş söyməməyi xahiş etsə də, Bəhlul Əzizov buna məhəl qoymayıb.


Nəticədə ata-oğul arasında dava başlayıb. Dava zamanı Kənan mətbəxdən götürdüyü bıçaqla atasına 6 zərbə endirib. Bəhlul Əzizov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Kənan Əzizov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə K.Əzizov 9 il azadlıqdan məhrum edilib. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin