İngiltərə Premyer Liqasının VIII turunda "Liverpul" doğma meydanda "Brayton"u 2:0 hesabı ilə məğlub edib.
Bizim.Media xəbər verir ki, oktyabrın 25-də "Enfild" stadionunda keçirilən qarşılaşmada hesab 17-ci dəqiqədə açılıb.
Florian Virtzin zərbəsindən sonra top "Brayton"un futbolçusu Paskal Qrossa dəyərək qapıdan keçib və avtoqol kimi qeydə alınıb.
Dörd dəqiqə sonra Aleksandr İsak Bredli Barkolanın ötürməsindən sonra fərqi artırıb.
Bu qələbə "Liverpul"a turnir cədvəlinin ilk dördlüyünə yüksəlməyə imkan verib.
Bizim.Media

- A-
- A
- A+
İdman
03:41 / 26.10.2026
"Liverpul" "Brayton"u məğlub edərək ilk dördlüyə yüksəldi - VİDEO
Hazırda oxunan: "Liverpul" "Brayton"u məğlub edərək ilk dördlüyə yüksəldi - VİDEO
Hazırda oxunan: "Liverpul" "Brayton"u məğlub edərək ilk dördlüyə yüksəldi - VİDEO
644194
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






















































































