Biləsuvar şəhərində yağan güclü yağış bazarın bir hissəsinin su altında qalmasına səbəb olub.
Bizim.Media xəbər verir ki, oxu.az-a bu barədə rayon sakinləri bildiriblər.
Onların sözlərinə görə, su, əsasən, bazarda kənd təsərrüfatı məhsullarının satışının həyata keçirildiyi əraziyə dolub.
Nəticədə həmin hissədə su yığıntıları yaranıb və bazarda hərəkət çətinləşib.
Qeyd edək ki, hal-hazırda rayon ərazisində yağışlı hava şəraiti hökm sürür.
Bizim.Media






























































































