Azərbaycanı hədələyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifəsindən ayrılacağı iddia edilib. Məsələ ilə bağlı rəsmi açıqlamanın bazar ertəsi veriləcəyi bildirilir.
Bizim.Media “trhaber.com.tr” saytına istinadən xəbər verir ki, Saralın vəzifəsindən azad edildiyi barədə iddialar gündəmə gəlsə də, rəsmi qurumlar hələlik məsələ ilə bağlı açıqlama verməyib.
İddialara görə, Oktay Saralın istefasını bazar ertəsi günü açıqlaması gözlənilir.
Saralın vəzifəsi ilə bağlı vəziyyətin səlahiyyətli qurumların verəcəyi açıqlamalardan sonra dəqiqləşəcəyi gözlənilir.
Xatırladaq ki, bir müddət öncə Azərbaycan Nazirlər Kabinetinin ümumtəhsil məktəblərində təhsialanlar və təhsilverənlərin geyim normaları ilə bağlı qərarını Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saral tənqid etmiş, bunun “qəbuledilməz” olduğunu bildirmişdi.
Bizim.Media

- A-
- A
- A+
Region
18:45 / 25.10.2026
Azərbaycanı hədələyən Ərdoğanın baş müşaviri vəzifəsindən uzaqlaşdırılıb? - İDDİA
Hazırda oxunan: Azərbaycanı hədələyən Ərdoğanın baş müşaviri vəzifəsindən uzaqlaşdırılıb? - İDDİA
Hazırda oxunan: Azərbaycanı hədələyən Ərdoğanın baş müşaviri vəzifəsindən uzaqlaşdırılıb? - İDDİA
644176
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































