Deputatən saxlanılan oğlunun işi başqa məhkəməyə göndərildi - VİDEO

Hazırda oxunan: Deputatən saxlanılan oğlunun işi başqa məhkəməyə göndərildi - VİDEO

644178

Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə başqa məhkəmədə baxılacaq.

Bizim.Media xəbər verir ki, Əhməd Arzuxan oğlu Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatətə baxan hakimlər özlərinə etiraz ediblər.

Bununla əlaqədar material aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Əhməd Əlizadəyə Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə ittiham irəli sürülüb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin