Ağcabədidə bir ailənin 4 üzvünün yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Arazbar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Hakim Hüseynov idarə etdiyi “VAZ-21014” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Qəza zamanı sürücü ilə yanaşı avtomobildə olan onun qardaşının həyat yoldaşı – 1983-cü il təvəllüdlü Adilə Hüseynova və azyaşlı övladları – 2021-ci il təvəllüdlü Fərqiyyə Hüseynova və onun qardaşı Umud Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)
Bizim.Media





























































































