İsrail Qəzzaya yenidən zərbələr endirdi - 7 ölü, 8 yaralı var

Hazırda oxunan: İsrail Qəzzaya yenidən zərbələr endirdi - 7 ölü, 8 yaralı var

644209

İsrail ordusunun Qəzza zolağına endirdiyi növbəti hava zərbələri nəticəsində azı 7 nəfər həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə Associated Press agentliyi Fələstinin tibb müəssisələrinin məlumatlarına istinadən xəbər yayıb.

Bildirilib ki, hücumlar nəticəsində daha 8 nəfər yaralanıb.

Məlumata əsasən, Qəzza şəhərində həyata keçirilən iki hücumda 4 nəfər, Xan Yunisdə 2 nəfər, Deyr əl-Bələh şəhərində isə 1 nəfər ölüb.

İsrail ordusu həmin zərbələrlə bağlı dərhal rəsmi açıqlama verməyib.

Qeyd edək ki, 2025-ci ilin oktyabrında atəşkəs razılaşmasının qüvvəyə minməsinə baxmayaraq, Qəzza zolağında hərbi əməliyyatlar davam edir.

Bölgənin Səhiyyə Nazirliyinin məlumatına görə, atəşkəs dövründə ölən fələstinlilərin sayı 1500 nəfəri ötüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin