II Elizabet Helen Mirreni şeyxə tərifləyib, amma o, aktrisanı tanımayıb

Hazırda oxunan: II Elizabet Helen Mirreni şeyxə tərifləyib, amma o, aktrisanı tanımayıb

644142

Britaniyalı aktrisa Helen Mirren kraliça II Elizabetlə görüşü zamanı baş verən maraqlı hadisəni danışıb. Kraliça “Oskar” mükafatı laureatını şeyxlərdən birinə təqdim etsə də, o, aktrisanın kim olduğunu anlamayıb.

Bizim.Media xəbər verir ki, Mirren 2007-ci ildə “Kraliça” dramında II Elizabet roluna görə “Oskar” mükafatına layiq görülüb.

11 il sonra, 2018-ci ildə Askotda keçirilən Kral at yarışları zamanı aktrisa kraliça və onun həyat yoldaşı, şahzadə Filip ilə çay içmək imkanı qazanıb.

Mirren “TODAY” şousunda xatırladıb ki, qonaqlar əsasən atlardan danışırdılar və bu mövzu ona tanış deyildi. Kraliça onu bir şeyxə təqdim edərək, filmdə özünü canlandırdığını deyib. Lakin şeyxin reaksiyasından məlum olub ki, o, nə film, nə də aktrisa haqqında məlumatlıdır.
 

Çay süfrəsi zamanı Mirren başqa bir çətinliklə də üzləşib. O, şahzadə Filipdən süd qabını ona vermək üçün necə müraciət edəcəyini müəyyənləşdirə bilməyib: “ser”, “Əlahəzrət” və ya “Kral Əlahəzrətləri”.


Nəticədə aktrisa vəziyyətdən çıxış yolu tapa bilməyib və çayını südsüz içib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin