Aygün Kazımova möhtəşəm festivalın bağlanış günündə - FOTO

Hazırda oxunan: Aygün Kazımova möhtəşəm festivalın bağlanış günündə - FOTO

644211

Dənizkənarı Milli Parkda üç gün davam edən Zeytun Festivalı oktyabrın 25-də başa çatıb. Festivalın son günü də yerli məhsulların təqdimatı, musiqi və əyləncə proqramı ilə yadda qalıb.

Bizim.Media xəbər verir ki, zeytun yığımı mövsümünə təsadüf edən tədbirdə müxtəlif istehsalçıların zeytun və zeytun məhsulları nümayiş olunub.
 

Bulvarda qurulan pavilyonlarda ziyarətçilər məhsulların çeşidləri ilə tanış olmaq, istehsalçılarla birbaşa ünsiyyət qurmaq və alış-veriş etmək imkanı əldə ediblər.


Festivalın əsas məqsədi Azərbaycanın zeytunçuluq ənənələrini təbliğ etmək, yerli istehsalçıları tanıtmaq və dəstəkləmək, eləcə də bu sahədə milli brendin formalaşmasına töhfə vermək olub.

Üç gün ərzində festivalın musiqi və əyləncə proqramı da ziyarətçilərin marağına səbəb olub. Son gün DJ Kamonun musiqi seçimləri ilə başlayan proqram “Wave band” qrupunun çıxışı ilə davam edib. Daha sonra Teymur Süleymanbəyli və “Excellent band” qrupu səhnəyə çıxıblar.
 

Axşam konsertində Azad Şabanov və Zamiq Hüseynov sevilən mahnılarını ifa ediblər. Xalq artisti Aygün Kazımovanın çıxışı isə festivalın musiqi proqramına yekun vurub.


Yağışlı havaya baxmayaraq, şəhər sakinləri və paytaxtın qonaqları festivalın son günündə də əraziyə gəlməkdə davam ediblər. Ziyarətçilər konsertləri izləyib, musiqinin sədaları altında rəqs edib, ailələri və dostları ilə birlikdə vaxt keçiriblər.

Qeyd edək ki, Zeytun Festivalı Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə təşkil olunub.

Aygün Kazımova möhtəşəm festivalın bağlanış günündə - FOTO - foto 1
Aygün Kazımova möhtəşəm festivalın bağlanış günündə - FOTO - foto 2
Aygün Kazımova möhtəşəm festivalın bağlanış günündə - FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin