Deputat oğlunun işinə hakimlər niyə etiraz edib? - Səbəbi açıqlandı

Hazırda oxunan: Deputat oğlunun işinə hakimlər niyə etiraz edib? - Səbəbi açıqlandı

644183

Xətai Rayon Məhkəməsinin hakimlərinin deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə ilə bağlı işə baxmaqdan imtina etmələrinin səbəbi məlum olub.

Bizim.Media  xəbər verir ki, Bakıda kafedə baş verən kütləvi dava ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən Əhməd Əlizadəyə qarşı Cinayət Məcəlləsinin altı maddəsi üzrə ittiham irəli sürülüb.
 

O, Cinayət Məcəlləsinin 218.1 və 218.2-ci maddələri, eləcə də 234.4.1 və 234.4.3-cü maddələri və həmin maddələrlə əlaqəli cinayətə cəhdlə bağlı müddəalar üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.


Məlumata görə, hakimlərin etirazına səbəb Əhməd Əlizadənin qardaşı Orxan Əlizadənin də Xətai Rayon Məhkəməsində hakim işləməsidir.

Bununla əlaqədar iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya Məhkəməsinin qərarı ilə Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə Nizami Rayon Məhkəməsində baxılması qərara alınıb. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin