“Onlar az qala ağlayırdılar”: Putin Qərb şirkətlərinin Rusiyanı necə tərk etdiyini açıqladı

Hazırda oxunan: “Onlar az qala ağlayırdılar”: Putin Qərb şirkətlərinin Rusiyanı necə tərk etdiyini açıqladı

644157

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Qərb şirkətlərinin əhəmiyyətli bir hissəsi xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiya bazarını tərk etmək istəmirdi.

Bizim.Media xəbər verir ki, Putin “Vesti” informasiya xidmətinin əməkdaşı Pavel Zarubinə müsahibəsində bəzi şirkətlərin Qərbi Avropa hökumətlərinin təzyiqi altında Rusiyadan getdiyini deyib.

“Qərbi Avropa hökumətlərinin təzyiqi altında bəzi şirkətlər gedəndə həmin ölkələrdən olan dostlarımız az qala ağlayırdılar”, — Rusiya prezidenti bildirib.

Putinin sözlərinə görə, Avropa bu addımı ilə faktiki olaraq özünü böyük bir bazara çıxış imkanından məhrum edib. Bununla belə, bəzi xarici şirkətlər Rusiyada fəaliyyətlərini davam etdirirlər və ölkə hakimiyyəti onların işi üçün əlverişli şərait yaratmağa çalışır.
 

Putin Avropa ölkələrinin Rusiya məhsullarına tam qadağa qoymaq qərarını da əsassız adlandırıb.


“Biz axı heç nəyə qadağa qoymamışıq”, — deyə o vurğulayıb.

Prezident qeyd edib ki, Qərb ölkələri Rusiyadan əhəmiyyətli həcmdə enerji resursları almağa davam edirlər.

“Yeri gəlmişkən, ilk mərhələdə Rusiyanı enerji resurslarının tədarükünü qadağan etməkdə, nisbətən ucuz xammal, neft, qaz, kömür və uran xammalı verməməkdə də ittiham edirdilər.

Halbuki biz heç vaxt heç kimə imtina etməmişik. İmtina edən onlar oldu və indiyədək Rusiyadan almaqda davam etdikləri məhsullardan da imtina etmək planları qururlar. Halbuki kifayət qədər çox məhsul alırlar”, — deyə Putin fikrini yekunlaşdırıb.

Putin dəqiqləşdirib ki, Avropa bazarında Rusiyanın mayeləşdirilmiş təbii qazının payı hələ də əhəmiyyətlidir və 20 faiz təşkil edir.

Bundan əvvəl Moskvada dəfələrlə bəyan edilib ki, Qərbin Rusiya enerji daşıyıcılarından imtina etməsi ciddi strateji səhv olub. Bildirilib ki, qiymətlərin artması və vasitəçilər üzərindən alışların davam etməsi nəticəsində Qərb ölkələrinin Rusiya resurslarından asılılığı daha da güclənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin