Türkiyə Prezidentinin baş müşaviri vəzifəsindən ayrılan Oktay Saral məsələ ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, Talat Atillanın yaydığı və Daryanur Jafarovanın sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, Oktay Saral vəzifədən azad olunması ilə bağlı suala cavab olaraq bildirib:
"Biz vəzifələrlə var olan insanlar deyilik. Cənab Prezident məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur."
"Azərbaycanla bağlı açıqlamalarınıza görəmi?" sualına isə o, "Bəli, elə görünür" cavabını verib.
Oktay Saral əlavə olaraq vurğulayıb:
"Əsas olan Türkiyə Respublikasıdır. Əsas olan cənab Prezidentimizin uğurudur."
Xatırladaq ki, bir müddət öncə Azərbaycan Nazirlər Kabinetinin ümumtəhsil məktəblərində təhsialanlar və təhsilverənlərin geyim normaları ilə bağlı qərarını Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral tənqid etmiş, bunun “qəbuledilməz” olduğunu bildirmişdi.
Bizim.Media
























































































