Sabah" - "Qarabağ" oyununda qalib müəyyənləşmədi

Hazırda oxunan: Sabah" - "Qarabağ" oyununda qalib müəyyənləşmədi

644185

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, turun bağlanış oyununda "Sabah" öz meydanında "Qarabağ"ı qəbul edib. "Sabah Arena"da keçirilən mərkəzi görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
 

Bu nəticədən sonra "Sabah" 20 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 2 xal az toplayan "Qarabağ" isə 3-cü pillədə qərarlaşıb.


Günün ilk matçında "İmişli" "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, IX turun əvvəlki oyunlarında "Qəbələ" "Araz-Naxçıvan"a, "Kəpəz" "Şəfa"ya 2:1, "Zirə" "Sumqayıt"a 3:2 hesabı ilə qalib gəlib, "Neftçi" isə "Turan Tovuz"la heç-heçə edib - 1:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin