Fransada SORĞU: Makronu dəstəkləyənlərin faizi 17-yə düşdü

Hazırda oxunan: Fransada SORĞU: Makronu dəstəkləyənlərin faizi 17-yə düşdü

644191

Fransa Prezidenti Emmanuel Makronun və Baş nazir Sebastyan Lekornünün fəaliyyətinə ictimai dəstək oktyabrın 17-də qiymət artımına qarşı keçirilən nümayişlər zamanı baş verən kütləvi iğtişaşlardan sonra əhəmiyyətli dərəcədə azalıb.

Bizim.Media "Le Journal du Dimanche" nəşrinə istinadən xəbər verir ki, bu barədə CSA şirkətinin keçirdiyi rəy sorğusunun nəticələrində bildirilib.

Nəşrin məlumatına görə, son bir ay ərzində sorğuda iştirak edən 1 000 yetkin fransız arasında Makronun fəaliyyətini müsbət qiymətləndirənlərin sayı 7 faiz bəndi azalaraq 17%-ə düşüb.
 

Respondentlərin 83%-i Fransa Prezidentinin fəaliyyətindən narazı olduğunu bildirib. Bu, 2026-cı ilin əvvəlindən bəri qeydə alınan ən yüksək göstəricidir.


Nəşrin yazdığına görə, Makron öz partiyadaşlarının da tənqidləri ilə üzləşib. Onlar prezidenti "iğtişaşları əvvəlcədən görə bilməməkdə" və "təhlükəsizlik qüvvələrini səmərəsiz idarə etməkdə" ittiham ediblər. Xüsusilə oktyabrın 17-də baş verən iğtişaşlardan sonra onun televiziya vasitəsilə xalqa müraciəti tənqid olunub.

Baş nazir Sebastyan Lekornünün fəaliyyətinə ictimai dəstək də son bir ay ərzində 5 faiz bəndi azalaraq 22%-ə düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin