Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

Hazırda oxunan: Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

644203

Deputat Arzuxan Əlizadənin oğlu Əhməd Arzuxan oğlu Əlizadə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, Nizami Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət təmin edilib.

Əhməd Əlizadənin həbsdə saxlanılma müddətinin əvvəli 2026-cı il oktyabrın 24-dən hesablanıb.

O, Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, habelə 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Qeyd edək ki, Bakının Xətai rayonunun General Şıxlinski küçəsində yerləşən “Ab-Hava” kafesində baş verən kütləvi dava zamanı bir nəfər bıçaq xəsarətindən həyatını itirib. (Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin