Səudiyyə Ərəbistanında husilərin atdığı raket zərərsizləşdirildi - 2 yaralı var

Hazırda oxunan: Səudiyyə Ərəbistanında husilərin atdığı raket zərərsizləşdirildi - 2 yaralı var

644188

Səudiyyə Ərəbistanının cənubunda Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən buraxılmış ballistik raketlərin qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb.

Bizim.Media  Səudiyyə Mətbuat Agentliyinə istinadən xəbər verir ki, bu barədə krallığın Mülki Müdafiə İdarəsi məlumat yayıb.

 

"Bazar günü mülki müdafiə qüvvələri iki ballistik raketin ələ keçirilərək məhv edilməsindən sonra onların qalıqlarının düşməsini qeydə alıb", - bəyanatda qeyd olunub.


Dəqiqləşdirilib ki, Səudiyyə Ərəbistanı vətəndaşı və Asiya ölkələrindən birindən olan şəxs xəsarət alıblar.

Bundan başqa, qalıqların düşməsi nəticəsində üç yaşayış evi və yeddi avtomobil zədələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin