Keniyada dəhşətli qəza: Dəfn mərasimindən qayıdan 22 nəfər həlak oldu - VİDEO

Hazırda oxunan: Keniyada dəhşətli qəza: Dəfn mərasimindən qayıdan 22 nəfər həlak oldu - VİDEO

644175

Keniyanın Makueni bölgəsində dəfn mərasimindən qayıdan sərnişinləri daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində 22 nəfər ölüb, çox sayda insan yaralanıb.

Bizim.Media xəbər verir ki, hadisə paytaxt Nayrobi ilə Mombasa liman şəhərini birləşdirən avtomobil yolunun Kanga ərazisində baş verib. Qəza zamanı 45 sərnişin daşıyan avtobus ötmə manevri edərkən qarşıdan gələn yük maşını ilə toqquşub.

Makueni bölgəsinin komissarı Abdullahi Xəlif bildirib ki, avtobus digər nəqliyyat vasitələrini ötməyə çalışarkən qarşı istiqamətdən gələn yük maşını ilə toqquşub.
 

Zərbənin gücündən avtobusun gövdəsinin bir hissəsinin dağıldığı bildirilir. Yerli rəsmilərin məlumatına görə, 17 nəfər hadisə yerində, daha 5 nəfər isə xəstəxanaya çatdırıldıqdan sonra həyatını itirib.


Avtobusdakı sərnişinlərin dəfn mərasimindən qayıtdıqları məlum olub. Yaralıların xəstəxanalarda müalicəsi davam edir.

Makueni bölgəsinin komissarı Xəlif ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edib.
Qəzanın baş verdiyi Nayrobi–Mombasa avtomobil yolunda üç həftə əvvəl də ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Həmin qəza nəticəsində 17 nəfər həyatını itirib.

Keniyanın Milli Nəqliyyat və Təhlükəsizlik İdarəsi son qəzanın baş verdiyi yol hissəsinin əvvəllər də yüksək qəza riski olan ərazi kimi müəyyən edildiyini açıqlayıb.

Qurum həmin marşrutda yol hərəkətinin təhlükəsizliyinin artırılması üçün daha əvvəl müxtəlif təkliflərin irəli sürüldüyünü bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin