Fransada polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib - VİDEO

Hazırda oxunan: Fransada polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib - VİDEO

644027

Fransanın Lion şəhərində polis oktyabrın 24-də, şənbə günü Lion 3 Universitetinin qarşısında toplaşan təxminən 150 etirazçını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, aksiya etirazların qadağan olunduğu ərazidə keçirilib.

Fransada bir neçə şəhərdə toqquşmalar, yanğınlar və talanlarla müşayiət olunan ötən həftəsonu hadisələrindən sonra gərginlik davam edir.

Hakimiyyət orqanları ötən həftəsonu oxşar etirazlardan sonra baş verən dağıntıların yenidən yaşanmaması üçün təhlükəsizlik tədbirlərini gücləndirib. Xüsusilə kütləvi toplaşmaların qadağan edildiyi ərazilərdə nəzarət artırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin