Bakıda mağaza və 3 avtomobil yandı

Hazırda oxunan: Bakıda mağaza və 3 avtomobil yandı

63888
Bakıda mağaza və 3 avtomobil yanıb.
 
Bu barədə Axar.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
 
Belə ki, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan ərzaq mağasının yanar konstruksiyaları, içərisinə yığılmış mallar yanıb. Hadisə zamanı mağazanın yaxınlığında dayanan ayrı-ayrı vətəndaşlara məxsus "Mercedes" markalı minik avtomobilin 2 sol arxa qapısının üzlüyü, "Changan" markalı minik avtomobilinin mühərrik hissəsi, "Cerry" markalı avtomobilin sol arxa qapısının üzlüyu da yanıb. Avtomobillərin qalan hisəsi yanğından mühafizə olunub.
 
Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin