Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung Electronics” şirkətinin bazar dəyəri 1 trilyon dolları ötüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Süni intellekt sahəsində istifadə olunan çiplərə tələbatın kəskin artması “Samsung” səhmlərinin bahalaşmasına səbəb olub.
Şirkətin səhmləri çərşənbə günü ticarət zamanı təxminən 13 faiz bahalaşıb. Nəticədə “Samsung Electronics”in bazar dəyəri 1 trilyon dollar həddini keçib.
Beləliklə, “Samsung” Tayvanın TSMC şirkətindən sonra bazar dəyəri 1 trilyon dolları keçən ikinci Asiya şirkəti olub.
Qeyd olunur ki, “Samsung” dünyanın ən böyük yaddaş çipi istehsalçılarından biridir. Şirkətin səhmlərinin bahalaşmasında süni intellekt texnologiyaları üçün istifadə edilən yaddaş çiplərinə artan qlobal tələbat əsas rol oynayıb.
Bizim.Media




































































































