Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil etdi – FOTO/VİDEO

Hazırda oxunan: Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil etdi – FOTO/VİDEO

611512

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu Azərbaycanın memarı və qurucusu, Milli Sərhəd Strategiyasının banisi, xalqımızın Dahi Öndəri Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramı olaraq Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil ediblər.

Bizim.Media xəbər verir ki, Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirakçıları soyuq hava şəraitinə, mürəkkəb relyefə malik dağlıq ərazini böyük əzmkarlıqla qət edərək “Heydər zirvəsi”nə təyin olunmuş vaxtda çatıblar.

Zirvədə “Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusu, Dövlət Sərhəd Xidmətinin yaradıcısı, Azərbaycanın özü qədər əbədi olan Dahi Öndər” sözləri yazılmış plakat, Ümummilli Liderin şəkli, şanlı Zəfər bayrağımız və Dövlət Sərhəd Xidmətinin emblemi ucaldılaraq Dövlət Himni ifa edilib.

Sərhədçilər tərəfindən qaya üzərində “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur – 103 il” sözləri əks olunmuş xatirə lövhəsi bərkidilib.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin