Zaqatala-Qax avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, qəza yolun Zaqatala rayonunun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qax rayon sakini, 41 yaşlı Orxan Cəbiyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Avtomobil əvvəlcə yol kənarındakı yol nişanına çırpılıb, daha sonra ağaca dəyərək aşıb.
Qəza zamanı müxtəlif dərəcəli xəsarətlər alan Orxan Cəbiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun 2-ci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.





Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu



































































































