Kibertəhlükəsizlik sahəsində BÖYÜK UĞUR – Ölkəmiz beynəlxalq reytinqdə 21 pillə İRƏLİLƏDİ – FOTO

Hazırda oxunan: Kibertəhlükəsizlik sahəsində BÖYÜK UĞUR – Ölkəmiz beynəlxalq reytinqdə 21 pillə İRƏLİLƏDİ – FOTO

611449

Qlobal kibertəhlükəsizlik üzrə indeks - “National Cybersecurity Index” üzrə yeni nəticələr açıqlanıb.

Bizim.Media xəbər verir ki, 2025–2026-cı illəri əhatə edən yeni nəticələrə əsasən Azərbaycanın balı 75,83-dən 83,33-ə yüksəlib.

Bununla da ölkəmiz reytinqdə 52-ci pillədən 31-ci pilləyə irəliləyib.
 

Qeyd edək ki, “National Cybersecurity Index” ölkələrin kiber təhlükəsizlik sahəsində hazırlıq səviyyəsini ölçən beynəlxalq reytinq sistemidir. Bu indeks e-Governance Academy tərəfindən hazırlanıb.


NCSI ölkələrin dövlət səviyyəsində kiber təhlükəsizlik siyasətini, qanunvericilik bazasını, texniki imkanlarını və insidentlərə reaksiya qabiliyyətini analiz edərək reytinqləri müəyyənləşdirir. İndeks təxminən 40-dan çox göstərici əsasında hesablanır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin