Taleh Kazımov: “Kartdan əlavə pul çıxılmır, sistem balansın olub-olmadığını yoxlayır”

Hazırda oxunan: Taleh Kazımov: “Kartdan əlavə pul çıxılmır, sistem balansın olub-olmadığını yoxlayır”

611516

Azərbaycan Mərkəzi Bankı ictimai nəqliyyatda kartla ödəniş zamanı əlavə vəsaitin çıxılması ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, kartdan əslində əlavə pul çıxılmır, sadəcə sistem balansın mövcud olub-olmadığını yoxlayır.
 

"Əgər sərnişin kartda kifayət qədər vəsait olmadan ödəniş edərsə, sonradan karta pul yükləndikdə sistem həmin borclu məbləği tutmağa cəhd edir. Lakin bu məbləğ faktiki olaraq çıxılmır", - sədr bildirib.


O qeyd edib ki, bəzi hallarda sərnişinlər kartda vəsait olmadan nəqliyyatdan istifadə etdikdən sonra düşürlər, amma sistem sonradan kartda vəsaitin olub-olmadığını təkrar yoxlayır.

Sədr vurğulayıb ki, məsələ "Visa", "Mastercard" kimi beynəlxalq ödəniş sistemləri ilə deyil, ödənişləri təmin edən maliyyə institutları ilə bağlıdır.
 

Eyni zamanda istisna edilməyib ki, bəzi hallarda vətəndaşlar vəziyyəti düzgün başa düşməyə bilər və ya texniki nasazlıq baş verə bilər.


"Əgər kartdan əsassız vəsait çıxılıbsa, bu hallar araşdırılacaq və banklar həmin məbləği müştərilərə geri qaytarmalıdırlar", - sədr vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin