“Neftçi” 4 milyonluq hücumçu gətirir

Hazırda oxunan: “Neftçi” 4 milyonluq hücumçu gətirir

611492

“Neftçi” yay fasiləsində transfer edəcəyi ilk əcnəbi futbolçunu müəyyənləşdirib.

Bizim.Media Polşa mətbuatına istinadən xəbər verir ki, “Yagelloniya”nın futbolçusu Afimiko Pululu mövsümün sonunda Azərbaycana köçə bilər.

Anqolalı forvardın yayda komandasını dəyişməsi gözlənilir.
 

Futbolçu “Yagelloniya” ilə başa çatmaqda olan müqaviləsini yeniləməyi düşünmür. Bundan yararlanmaq istəyən “Neftçi” 27 yaşlı forvarda təklif göndərib. “Ağ-qaralar” danışıqları müsbət yekunlaşdıra bilsə, transfer dəyəri 4 milyon avroya bərabər olan Pululunu azad agent kimi heyətinə qatacaq.


Bildirilir ki, Afimiko Azərbaycan Premyer Liqasını yeni çağırış kimi görür və belədə avrokuboklarda çıxış etmək variantı yaranır.

Qeyd edək ki, “Bazel”in yetirməsi olan Afimiko Pululu 2023-cü ildən “Yagelloniya”nın formasını geyinir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin