OpenAI haqqında qalmaqallı film gəlir: Milyarderlər xoş olmayan obrazda göstərilib

Hazırda oxunan: OpenAI haqqında qalmaqallı film gəlir: Milyarderlər xoş olmayan obrazda göstərilib

611552

Amazon MGM böyük texnologiyalar dünyasından bəhs edən “Artificial” filminin nümayiş tarixini müəyyənləşdirməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, rejissor Luka Quadaninonun ekran işi son illərin ən səs-küylü texnologiya dramlarından biri ola bilər.
 

Filmin 2027-ci ilin əvvəlində təqdim olunacağı gözlənilir. Ekran işi OpenAI, Silikon Vadisi və süni intellekt sənayesindəki daxili qarşıdurmalardan bəhs edir. Filmdə Endryu Qarfild OpenAI rəhbəri Sem Altmanı, Ayk Barinholts isə İlon Maskı canlandırır.


Mənbələr bildirirlər ki, film “partlayış effekti” yarada bilər və real hadisələrin iştirakçıları üçün narahatlıq doğura bilər. Qeyd olunur ki, hələlik filmin final versiyasını nə Altman, nə də hadisələrdə adı keçən digər şəxslər görüblər.

İnsayderlərin məlumatına görə, Altmanın obrazı filmdə birmənalı təqdim olunmur. Onun personajı “o qədər də xoşagələn qəhrəman” kimi göstərilmir. İlon Maskın obrazı da müsbət işıqda təqdim olunmayıb.
 

Filmdə yalnız tanınmış milyarderlərə deyil, hadisələrin az tanınan iştirakçılarına da xüsusi yer ayrılıb. Əsas personajlardan biri OpenAI-nin həmtəsisçisi İlya Sutskeverdir. Onu “Oskar”a namizəd olmuş aktyor Yura Borisov canlandırır.


Mənbənin sözlərinə görə, Sutskeverin obrazı baş verən hadisələrin ən ağır nəticələrini daşıyan və ən həssas mövqedə qalan şəxs kimi təqdim olunur.

Layihə hələ nümayişə çıxmadan kino sənayesinin diqqət mərkəzindədir. Bildirilir ki, texnologiya milyarderləri arasındakı qarşıdurma mövzusu Hollivudda aktiv şəkildə işlənir.

Amazon isə filmin Sony-nin 2026-cı ilin payızında təqdim etməyi planlaşdırdığı Facebook haqqında ekran işi ilə üst-üstə düşməməsinə çalışır.
 

“Artificial”a marağı artıran məqamlardan biri də onun süni intellekt sənayesində real biznes münasibətlərinə toxunmasıdır. Əlavə rezonans doğuran detal isə Sem Altmanla Ceff Bezosun işgüzar münasibətləridir. Amazon və OpenAI bu yaxınlarda böyük strateji tərəfdaşlıq elan ediblər.


Məlumata görə, film artıq test nümayişlərindən keçib və yekun hazırlıq mərhələsindədir. Studiya isə hələlik şərh verməkdən imtina edir.

Mənbələr bildirirlər ki, ssenarinin final versiyası Quadaninonun layihə üzərində işi zamanı ciddi dəyişikliklərə məruz qalıb.

Film süni intellekt dünyası haqqında ən çox müzakirə olunacaq bioqrafik texno-dramlardan biri kimi gözlənti yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin