ABŞ Peşəvərdəki Baş Konsulluğunu bağlayır

Hazırda oxunan: ABŞ Peşəvərdəki Baş Konsulluğunu bağlayır

611465

ABŞ Dövlət Departamenti Pakistanın Peşəvər şəhərindəki Baş Konsulluğun mərhələli şəkildə bağlanacağını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilib.

Qərara əsasən, Xayber-Paxtunxva əyaləti ilə diplomatik əlaqələr bundan sonra ABŞ-ın İslamabaddakı səfirliyi vasitəsilə həyata keçiriləcək.
 

Dövlət Departamentinin açıqlamasında qeyd olunur ki, qərar diplomatik personalın təhlükəsizliyi və resursların daha səmərəli bölüşdürülməsi nəzərə alınaraq qəbul edilib. Bununla belə, Vaşinqton regionla aktiv əməkdaşlığı davam etdirmək niyyətindədir.


ABŞ tərəfi iqtisadi əlaqələrin gücləndirilməsi, regional təhlükəsizliyin artırılması və Pakistanda Amerika maraqlarının irəli aparılması istiqamətində işlərin davam etdiriləcəyini bildirib.

Diplomatik fəaliyyət ABŞ-ın İslamabaddakı səfirliyi, həmçinin Kəraçi və Lahordakı nümayəndəlikləri vasitəsilə aparılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin