Siyavuş Novruzov: “Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur”

Hazırda oxunan: Siyavuş Novruzov: “Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur”

611531

“Bakıda "Montin", "Vorovski", "Razin" kimi yer adları yoxdur”.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov komitənin bugünkü iclasında deyib.

O qeyd edib ki, sadəcə, hansısa obyekt müştərilərin onları rahat tapa bilməsi üçün bu köhnə adlardan istifadə edir:

"Məsələn, reklam edilir ki, tədris kursu "Montin"də yerləşir. Halbuki bu adda yer yoxdur. Mən bunu özüm araşdırmışam. Ümumilikdə, yer adlarının dəyişdirilməsi məsələsini Milli Məclis yanında Toponimiya komissiyası ciddi araşdırır. Əgər ərazinin kökü varsa, axtarıb tapılır. Məsələn, vaxtilə biz Şəmkirdə Çardaqlı kəndini Çənlibel etdik. Halbuki ikisi də türk mənşəlidir. Yəni, kökü müəyyən ediləndən sonra adların dəyişdirilməsi tövsiyə oluna bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin