İnflyasiya ərzaq qiymətlərinə necə təsir göstərib? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: İnflyasiya ərzaq qiymətlərinə necə təsir göstərib? – RƏSMİ AÇIQLAMA

611476

“2026-cı ilin mart ayının nəticələrinə əsasən inflyasiya 5,6 faiz təşkil edib. O cümlədən, ərzaq inflyasiyası 6,5%, qeyri-ərzaq inflyasiyası 3,7 %, ödənişli xidmətlər üzrə inflyasiya isə 5,7% təşkil edib. Mart ayının nəticələrinə əsasən, illik baza inflyasiya isə 5,5% səviyyəsində formalaşıb”.

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Bankın İdarə Heyətinin faiz dəhlizi parametrləri barədə qərarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, inflyasiyaya təklif və tələb amilləri təsir edir:

“Azərbaycanda isə inflyasiyaya əsasən təklif amilləri təsir edir və başlıca amil ticarət tərəfdaşlarının orta çəkili inflyasiyasıdır. 2025-ci ilin dekabrında ticarət tərəfdaşlarının orta çəkili inflyasiyası 7,5 % səviyyəsində formalaşıb. Bu da mart ayının inflyasiyasına 2,79 faiz bəndi artıcı təsir edib”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin