Xəbər verdiyimiz kimi Xalq artisti, rejissor Əbdül Mahmudov xeyli müddətdir ki, ev şəraitində müalicəsini davam etdirir.
Sevilən sənətkarın son durumunu öyrənmək üçün onunla əlaqə saxladıq. Xalq artisti Bizim.Media-ya açıqlamasında el təbabəti ilə müalicə edildiyini bildirib:
“Artıq 5-6 seans qəbul etmişəm. Müsbət təsirlərini görürəm. Ayın sonuna qədər bu prodseduru bitirəcəm. İyunun əvvəlində isə müalicəmi Moskvada davam etdirəcəm. Moskvadakı xəstəxana ilə bütün razılaşmalar olub, texniki məsələlər həll edilib.İnşallah gələn ayın əvvəli gedəcəm, görək nə olur...”
Əbdül Mahmudov xəstəlikləri barədə də danışıb:
“Əsas xəstəliyim qocalıqdır. Qocalmağımla əlaqəli hər şey qarışıb bir-birinə. Həyatım kimi xəstəliyim də fərqlidir. 4-5 xəstəlik aşkar olunub. Birinin müalicəsi o birinə zərər verir. Həkimlər sağ olsunlar, çalışırlar. Xəstəliyim bronxdur, prostatdır, mədə-bağırsaqdır...”
Xatırladaq ki, Xalq artisti Şeyx Əbdül Mahmudov bu ilin yanvarında səhhətində yaranan ciddi problemlər səbəbilə xəstəxanaya yerləşdirilmişdi.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:40 / 06.05.2026
Səhhətində problem yaranan Xalq artistinin SON DURUMU
Hazırda oxunan: Səhhətində problem yaranan Xalq artistinin SON DURUMU
Hazırda oxunan: Səhhətində problem yaranan Xalq artistinin SON DURUMU
611542
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































