Sosial Xidmətlər Agentliyi Goradil qəbiristanlığında Fatimeyi Zəhra Məscidinin yanında tapılan uşağın vəziyyətini nəzarətə götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Agentlik yayıb.
Bildirilib ki, Abşeron rayonu ərazisində tapılan və valideynləri tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.
Qeyd olunub ki, hazırda Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən körpənin mövcud vəziyyəti nəzərə alınaraq qanunvericiliyə uyğun addımlar atılır.
"Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşağın mənafeyinə uyğun olaraq onun müvafiq qayğı ilə əhatə edilməsi üçün tədbirlər görüləcək".
Xatırladaq ki, dünən Goradil qəbirsitanlığının Fatimeyi Zəhra Məscidinin yanında atılmış uşağın valideynləri tapılıb.
"Azərbaycan Uşaqları" birliyinin sədri Kəmalə Ağazadə isə sosial media hesabında uşağın anasının ondan rəsmi imtina etdiyi barədə məlumat paylaşıb. (Trend.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:47 / 06.05.2026
Goradil qəbiristanlığında tapılan uşağın vəziyyəti nəzarətə götürüldü
Hazırda oxunan: Goradil qəbiristanlığında tapılan uşağın vəziyyəti nəzarətə götürüldü
Hazırda oxunan: Goradil qəbiristanlığında tapılan uşağın vəziyyəti nəzarətə götürüldü
611485
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































