“Bu ilin yanvar-aprel aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 3,4 faiz, məbləğ ifadəsində desək 2,9 milyard ABŞ dolları artaraq 87,9 milyard ABŞ dollarına çatıb”.
Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Bankın İdarə Heyətinin faiz dəhlizi parametrləri barədə qərarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın da ehtiyatları 12,7 milyard ABŞ dolları səviyyəsində formalaşıb:
“Ölkəmizin strateji valyuta ehtiyatları tədiyyə balansının statistikasına əsasən, 38 aylıq idxal edəcəyimiz mal və xidmətlərin ödənilməsinə kifayət edir”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
11:36 / 06.05.2026
Strateji valyuta ehtiyatlarımız 87 milyard dolları ÖTDÜ
Hazırda oxunan: Strateji valyuta ehtiyatlarımız 87 milyard dolları ÖTDÜ
Hazırda oxunan: Strateji valyuta ehtiyatlarımız 87 milyard dolları ÖTDÜ
611481
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































