"Məqsədimiz Türkiyə təhsilini Azərbaycana gətirməkdir".
Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə-Azərbaycan Universitetinə təşkil olunan infoturda "qida mühəndisliyi" proqramının rəhbəri Ümran Uyğur bildirib.
"Qida mühəndisliyi üzrə ləvazimatlar yüksək xərc tələb edir. Buna görə də biz ortaq qida mühəndisliyi laboratoriyası qurmaq, orada digər 7 universitetin də tələbələrinin işləməsinə şərait yaratmağa qərar verdik".
Türkiyəli nümayəndə bildirib ki, universitetdə kimya mühəndisliyi üzrə qəbulun da keçirilməsi planlaşdırılır.
Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media


































































































