Renat Dadaşov Türkiyəyə QAYIDIR

Hazırda oxunan: Renat Dadaşov Türkiyəyə QAYIDIR

611484

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov mövsümün sonunda Polşanı tərk edəcək.

Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, 26 yaşlı hücumçu əsasən başqa ölkə klublarının maraq dairəsindədir.
 

“Radomyak”dan sonra “Motor”da da karyerası uğursuz alınan forvard özü də uyğunlaşma problemi yaşadığı üçün Polşadan ayrılacaq. Onun yenidən Türkiyəyə qayıtmaq variantı yaranıb. Belə ki, Dadaşovun Türkiyənin I Liqa klublarının maraq dairəsində olduğu bildirilir.


“Motor”la müqaviləsi mövsümün sonuna qədər olan millimizin üzvü Lublin klubu ilə sözləşməsini yeniləməyəcək və yayda azad agent statusu alacaq.

Qeyd edək ki, Renat Dadaşov daha əvvəl Türkiyədə “Hatayspor” və “Ankaragücü”də çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin