Həbsxana həyatını atası ilə eyni kamerada keçirdi... – Film kimi CİNAYƏT İŞİ – VİDEO

Hazırda oxunan: Həbsxana həyatını atası ilə eyni kamerada keçirdi... – Film kimi CİNAYƏT İŞİ – VİDEO

611550

Türkiyədə IBAN məlumatlarını iş yoldaşına verdiyi üçün dələduzluq ittihamı ilə mühakimə olunan A.Ü. (şərti ad) 71 yaşlı atası ilə birlikdə 2,5 il həbsdə qalıb.

Bizim.Media Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə 2020-ci ildə baş verib.
 

A.Ü. bildirir ki, Ankara vilayətinin Polatlı rayonunda eyni iş yerində çalışdığı şəxs ona “hesabımda blok var” deyərək IBAN istəyib. O da həm özünün, həm də atasının hesab məlumatlarını həmin şəxsə təqdim edib.


Hesablara daxil olan vəsaitləri heç bir maddi qazanc əldə etmədən həmin adama verdiyini deyən A.Ü., bir müddət sonra bu hesabların dələduzluqda istifadə olunduğunu öyrəndiyini bildirib.

Hadisə ilə bağlı A.Ü. və atası haqqında ümumilikdə 20 cinayət işi açılıb. Ata-oğul saxlanılaraq həbs edilib və 2,5 il azadlıqdan məhrum olunublar. Bu müddətin 1 ilini onlar birlikdə - eyni həbsxananın, eyni kamerasında keçiriblər.

A.Ü.-nün sözlərinə görə, sonradan zərərçəkənlərdən birinin təqdim etdiyi səs yazısı və aparılan araşdırmalar nəticəsində IBAN istəyən şəxsin əsl şübhəli olduğu müəyyən edilib. Məhkəmə həmin şəxs barəsində həbs qərarı çıxarıb, A.Ü. və atası isə azadlığa buraxılıb.
 

Buna baxmayaraq, onların üzərində hələ də 20 açıq cinayət işi qalır. A.Ü. ümumi maddi ziyanın təxminən 400 min türk lirəsi olduğunu deyir və cinayət işləri səbəbindən 15–20 il həbs cəzası alma ehtimalının qaldığını vurğulayır.


“Biz heç bir qazanc əldə etmədən sadəcə pulu alıb vermişik, amma günahsız olduğumuzu sübut edə bilmədik”, – deyə A.Ü. bildirib.

71 yaşlı ata isə IBAN məlumatlarını verdikdən sonra təhdid olunduğunu iddia edib. Onun sözlərinə görə, şübhəlilər “adımızı versən, nəvəndən başlayarıq” deyərək onu qorxudub və bu səbəbdən bank kartlarını da təhvil verməyə məcbur qalıb.

Baş verənlərdən sonra həyatlarının alt-üst olduğunu deyən A.Ü. vətəndaşlara çağırış edərək, bank məlumatlarının paylaşılmaması və ehtiyatlı olunması barədə xəbərdarlıq edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin