İsrail bombardmanından sonra Livanın Kəfr-Cuz şəhəri - VİDEO

Hazırda oxunan: İsrail bombardmanından sonra Livanın Kəfr-Cuz şəhəri - VİDEO

611549

İsrail ordusunun Livanın cənubundakı Kəfr-Cuz şəhərinə endirdiyi zərbələrdən sonra dağıntılar yaranıb.

Bizim.Media xəbər verir ki, hadisə yerindən yayılan görüntülərdə yaşayış və mülki obyektlərə ziyan dəydiyi görünür.

Kadrlarda dağıntılar, zədələnmiş tikililər və əraziyə toplaşan insanların olduğu əks olunub.
 

Məlumata görə, zərbələr İsrail ordusunun Livanın cənubundakı bir sıra yaşayış məntəqələrinə hava hücumları fonunda baş verib.


Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı barədə hələlik rəsmi məlumat verilməyib.

Qeyd edək ki, İsrail ordusu bundan əvvəl Livanın cənubunda 12 yaşayış məntəqəsinin sakinlərinə təxliyə xəbərdarlığı etmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin