İranda ticarət mərkəzində GÜCLÜ YANĞIN – 5 ölü var - VİDEO

Hazırda oxunan: İranda ticarət mərkəzində GÜCLÜ YANĞIN – 5 ölü var - VİDEO

611462

Ərğəvan pasajında baş verən güclü yanğın nəticəsində azı 5 nəfərin həlak olduğu bildirilir. Hadisə çərşənbə axşamı Tehran yaxınlığındakı Şəhriyarın Andişə qəsəbəsinin 4-cü fazasında yerləşən ticarət mərkəzində baş verib.

Bizim.Media xəbər verir ki, kompleksdə 250-dən çox mağaza və 50-yə yaxın ofis bölməsi olub.

Yanğın geniş əraziyə yayılıb və xilasedicilər uzun müddət hadisə yerində işləyiblər.
 

İlkin açıqlamada Şəhriyar rəsmiləri 3 nəfərin öldüyünü bildirsələr də, sonradan İran dövlət mediası ölənlərin sayının 5-ə çatdığını açıqlayıb.


Axtarış-xilasetmə əməliyyatı davam etdiyi üçün itkilərin arta biləcəyi də qeyd olunur.

Yanğının səbəbi hələ rəsmi şəkildə açıqlanmayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin