“Ciyəri zədələnib…” - “Kəpəz”in futbolçusu üçün mövsüm bitdi

Hazırda oxunan: “Ciyəri zədələnib…” - “Kəpəz”in futbolçusu üçün mövsüm bitdi

611528

“Kəpəz”in bıçaqlanan futbolçusu Veysəl Rzayev üçün mövsüm başa çatıb.

Bu barədə Bizim.Media-ya açıqlamasında klubun Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov məlumat verib.

O bildirib ki, onun apreldə məşqlərə başlaması planlansa da, yaranmış sağlamlıq problemləri buna imkan verməyib:
 

“Həkimlər apreldə məşqlərə başlaya bilməsi haqqında rəy vermişdi. Amma onun ciyəri zədələnib, futbol da elədir ki, qaçırsan, hərəkətdə olursan. Orqanizmə yük düşməsin deyə həkimlər son yoxlanışdan sonra meydana çıxmasına icazə vermədi. Bu səbəbdən məşqlərə başlamadı. Mövsümün bitməsinə də az zaman qalıb. Yəqin ki, yayda növbəti mövsümün hazırlıqlarına qoşula biləcək. Uzun sözün qısası, Vüsal bu mövsümü başa vurub”.


Qeyd edək ki, Veysəl Rzayev fevralın 3-də Gəncə şəhərində baş verən insident zamanı bıçaqlanıb.

Xatırladaq ki, 23 yaşlı yarımmüdafiəçi qış fasiləsi zamanı - yanvarın 7-də “Turan-Tovuz”dan “sarı-göylər”in heyətinə qatılıb.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin