Danışıqlar pərdəsi altında SAVAŞ HAZIRLIQLARI – İrana növbəti hücum AN MƏSƏLƏSİDİR

Hazırda oxunan: Danışıqlar pərdəsi altında SAVAŞ HAZIRLIQLARI – İrana növbəti hücum AN MƏSƏLƏSİDİR

611324

Son iki gündə Hörmüzdə gərginlik yenidən pik həddə çatıb. İranın Amerika gəmilərini atəşə tutması və Birləşmiş Ərəb Əmirlikləri ərazisinə raket və pilotsuz uçuş aparatları ilə hücumu onsuz da kövrək olan durumu daha da qəlizləşdirib. Bundan əlavə, İran tərəfindən Hörmüzə daxil olmağa çalışan ABŞ gəmisinə də zərbə endirilib.

Yaxın Şərqdə atəşkəsin pozulması fonunda Qərb məbuatı ABŞ-nin genişmiqyaslı hücuma hazırlaşdığını bəyan edib.
 

Xüsusilə də, Respublikaçılara yaxınlığı ilə seçilən “Fox News”nəşri yazıb ki, İran tərəfi Amerika gəmilərini atəşə tutduqdan və Birləşmiş Ərəb Əmirlikləri ərazisinə raketlər və pilotsuz uçuş aparatları vasitəsilə hücum etdikdən sonra genişmiqyaslı hərbi əməliyyatların başlanması ehtimalı daha gerçək xarakter almağa başlayıb.


Onu da xatırladaq ki, mayın 4-də ABŞ Prezidenti Donald Trampın elan etdiyi “Azadlıq Layihəsi”nə başlanılıb. Bu çərçivədə ABŞ Silahlı Qüvvələri gəmiləri tərəfindən Hörmüz boğazından təhlükəsiz keçməsi üçün onların müşayiət edilməsinə cəlb ediləcək.

Savaş yenidən başlayır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, tərəflərin razılığa gəlməsi müşkül məsələdir:

“ABŞ ilə İran arasında danışıqlar davam edir. Tərəflər bir-birinə təkliflər göndərir və onlara münasibət bildirirlər. Davam edən proses onu göstərir ki, razılığa gəlmək çətin olacaq. Mövcud vəziyyətdə ABŞ-nin gözlənilməz zərbələr vuracağı heç kim üçün sirr deyil.

Danışıqlar da əslində ABŞ-yə iki məqsəd üçün lazımdır. Bunlardan biri təzyiq göstərməklə İranı güzəştlərə məcbur etməkdən ibarətdir. İrandakı neft saxlama rezervuarları artıq dolmaq üzrədir. Belədə İran neft istehsalını tamamilə dayandırmaq məcburiyyətində qala bilər. Bu isə onun iqtisadiyyatını ağır duruma salacaq”.

Həmsöhbətimizin fikrincə, hazırda İran daha çox güzəştə meylli tərəf kimi görünür:

 “Amerika isə ümid edir ki, yaxın bir-iki günə arzuladığı şərtləri Tehrandan qopara bilər. Burada ikinci məqsəd də görünməkdədir. Danışıqlar arzu olunan nəticəni verməsə, Vaşinqton gözlənilməzlik effektindən istifadə edib, İrana əvvəlcədən vəd etdiyi zərbələri endirəcək. İran isə strateji obyektlər ətrafına insanları toplayıb, “canlı qalxan” düzəldə bilməyəcək.

Yaxın günlərdə İran daha güzəştli təkliflərlə çıxış edə bilər. Bu təkliflər də Trampı qane etməsə, İranın elektrik stansiyaları, körpüləri raket və aviazərbələrə məruz qalacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin