Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampa Hörmüz boğazında “Azadlıq Layihəsi” əməliyyatını dayandırmaq qərarına görə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, Şərif Trampın bu addımını “vaxtında və cəsarətli qərar” adlandırıb.
Pakistan Baş nazirinin sözlərinə görə, bu qərar Pakistanın və regionun bir sıra ölkələrinin, o cümlədən Səudiyyə Ərəbistanının müraciətlərinə cavab olaraq qəbul edilib.
Şərif bildirib ki, prosesdə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman da mühüm rol oynayıb.
O, qeyd edib ki, Hörmüz boğazında gərginliyin azaldılması regionun təhlükəsizliyi və beynəlxalq ticarət yollarının sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Bizim.Media




































































































