Bakının iki peşə məktəbində vərəmə yoluxma ilə bağlı YENİ XƏBƏR

Hazırda oxunan: Bakının iki peşə məktəbində vərəmə yoluxma ilə bağlı YENİ XƏBƏR

611459

Xəbər verdiyimiz kimi Bakı şəhərində fəaliyyət göstərən Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və 5 nömrəli Bakı Peşə Məktəbində vərəm xəstəliyinə yoluxma halları ilə bağlı iddialar yayılıb. Məlumata görə sözügedən təhsil müəssisələrində bir neçə tələbədə vərəm şübhəsi qeydə alınıb və bu səbəbdən tədrisin müvəqqəti dayandırıldığı bildirilir.
 

MÖVZU İLƏ BAĞLI: 

Bakının iki peşə məktəbində VƏRƏMƏ YOLUXMA – Tədris DAYANDIRILDI – Rəsmi AÇIQLAMA


Bizim.Media-nın əldə etdiyi məlumata görə hər iki təhsil müəssisəsində vərəm şübhəsi ilə bağlı müvafiq orqanlara müraciət olunub.

Tələbələr tibbi müayinələrdən və analizlərdən keçmək üçün müvafiq tibb müəssisələrinə yönləndirilib. Təhsil müəssisələri isə dezinfeksiya olunub. Vərəmə yoluxanların müalicəsi davam etdirilir.

Tədris isə dayandırılmayıb, müvəqqəti olaraq onlayn şəkildə davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin