Moderator.azxa0Türk mediasına istinadən xəbər verir ki, Türkiyədə işsiz qaldığını və aldadıldığını iddia edən 27 yaşlı Turqut Atəş "Qızıma 50 qəpiklik şokolad belə ala" bilmirəm deyərək, qayalıqda intihara cəhd edib.
xa0
Hadisə Antalyanın Muratpaşa rayonu ərazisindəki qayalıqda, dünən gecə saat 22.00 radələrində baş verib. İntihar etmək istəyən adamı görənlər polisə xəbər verib.
Hadisə yerinə gələn polislər Turqut Atəşi 30 metrlik qayalardan özünü sallamış halda tapıblar. Atəş ona kömək etmək üçün yaxınlaşan polislərə "Yaxınlaşmayın özümü atıram" - deyib.
xa0
Nə üçün intihar etmək istədiyini soruşan polislərə isə Turqut Atəş işsiz olduğunu və S.A. adlı bir şəxsin 3 min manatlıq borcuna qarşılıq xa026 min 500 liralıq sənədə imza atdırdığını iddia edib.xa0
Bələkdə barmen kimi çalışdığını, ancaq indi işsiz qaldığını bildirən Atəşə bir polis məmuru iş tapacağına söz verib. Atəş "3 min lirə borcuma qarşılıq 25 min lirə istəyirlər. Bunu kim ödəyəcək? İşsizəm, qızıma 50 quruşluq şokolad belə ala bilmirəm" deyərək uzun müddət göz yaşı töküb.
xa0
Təxminən 1 saat davam edən səylərinin ardından Atəşin yorulduğunu görən polis məmuru tez yanına yaxınlaşaraq əlindən tutub. Polis məmurunun təhlükəsizliyini isə həmkarları geyimindən tutaraq təmin edib.xa0
xa0
Turqut Atəş təcili yardımla müayinə olunmaq üçün Antalya Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Zəhra









































































































