Son günlər Qərb ölkələriylə Azərbaycan hakimiyyəti
arasında ziddiyyətlər böyüyür. Bunu hətta hökumət rəsmiləri belə etiraf edirlər.
Məsələn, Prezident Aparatının sözcüsü Novruz Məmmədov açıq şəkildə bildirib ki,
ağır pressinq altındadırlar. Bundan əvvəl isə hökumətyönümlü mətbu orqanlar ABŞ
dövlət katibi Kerrini ölkədə inqilab törətməkdə və bəzi müxalif qüvvələri isə bu
“oyun”x9dda rol almaqda ittiham edən məlumatlar yaydı.
Görəsən, nə baş verir? Doğrudanmı hakimiyyətə
xaricdən ciddi təzyiqlər var?
Moderator.az-ın suallarını cavablandıran eks-spiker Rəsul Quliyev ilk baxışdan görünənlərin həqiqət olmadığına inanır. Onun fikrincə, Qərb ölkələri ilə Azərbaycan arasında ziddiyyətlərin böyüməsi kimi görünən hadisələr məsələnin şişirdilmiş şəkildə dərkindən başqa bir şey deyil və bu yalnış qənaət Prezident Aparatının yüksəkranqlı çinovnikinin çıxışından və hökümətə yaxın qəzetlərin yazdıqları cəfəngiyatlardan qaynaqlanır: “Əslində isə Qərb ölkələrinin Azərbaycana münasibəti 5 ay bundan öncə necə idisə, elə də qalmaqdadır. Əksinə, son dövrlər qarşılıqlı münasibətlərdə bir qədər mülayimlik yaranmışdı. Çünki Azərbaycanın rəhbərliyi həm ABŞ-ın dövlət katibi Cənab Kerriyə, həm də Almaniya kansleri xanım Merkelə siyasi dustaqları məhkəmədə azad edəcəklərinə dair söz vermişdi. İndi iki siyasi dustaq üzərində qurulmuş ədalətsiz məhkəmələr yaranmış mülayimliyi aradan qaldırdı və münasibətlər yenidən beş ay əvvəlki vəziyyətə qayıtdı”x9d.
Artan beynəlxalq təzyiqə gəlincə, eks-spikerə
görə, bunu Qərbin tam mənasıyla siyasi iradəsinin ifadəsi kimi qəbul etmək
olmaz. Nədən ki, təzyiqi artıranlar “həmin ölkələrin başçıları deyil, beynəlxalq
təşkilatlar və parlamentlərdir. Buna baxmayaraq, Rəsul Quliyev hakimiyyətin
narahatlıq dolu ifadələrinin yeni repressiya dalğasına zəmin hazırlamaq üçün
söyləndiyinə də inanmır: “Azərbaycanda represiyalar maksimum həddə çatıb,
onları artırmaqdan yox, zəifləşdirməkdən söhbət gedə bilər. Hökumət, sadəcə, bir
qaşıq suda bu cür fırtınalar yaratmaqla Qərb ölkələrindən daha artıq güzəştlər
qoparmağa çalışır”x9d.








































































































