Moderator.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyunun 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Vaqif Səmədoğlunun 75 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Bir çox elm, mədəniyyət xadimlərinin və müvafiq dövlət strukturlarının iştirak edəcəyi tədbirdə Vaqif Səmədoğlunun zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq. Bədii yaradıcılığa ötən əsrin altmışıncı illərində başlayan Vaqif Səmədoğlu ədəbiyyatımızda özünəməxsus yeri olan qələm sahiblərindəndir. Orijinal üslubu, poetik tapıntıları ilə fərqlənən poeziyası böyük maraqla qarşılanıb. 1968-ci ildə "Yoldan teleqramlar" adlı ilk kitabı nəşr edilib. Sonralar "Günün baxtı", "Mən burdayam, ilahi", "Uzaq, yaşıl ada" kitabları işıq üzü görüb. "Uca dağ başında", "Lotereya", "Bəxt üzüyü", "Yayda qartopu oyunu", "Yaşıl eynəkli adam", "Generalın son əmri", "Mamoy kişinin yuxuları" adlı pyesləri səhnələşdirilmiş, onların bəzilərinin əsasında çəkilmiş bədii filim və televiziya tamaşaları böyük uğur qazanıb.
- A-
- A
- A+
Gündəm
11:44 / 03.06.2014
Vaqif Səmədoğlunun 75 illik yubileyi keçiriləcək
Hazırda oxunan: Vaqif Səmədoğlunun 75 illik yubileyi keçiriləcək
Hazırda oxunan: Vaqif Səmədoğlunun 75 illik yubileyi keçiriləcək
47259
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































