Yad yerlərdə bulaqdan su içmək olmaz – Həkimlərdən HƏYƏCAN TƏBİLİ

Hazırda oxunan: Yad yerlərdə bulaqdan su içmək olmaz – Həkimlərdən HƏYƏCAN TƏBİLİ

624024

Tətilin “burundan gəlməməsi” üçün ilk növbədə diqqət edilməli olan qidalardır. İstirahət etmək yerinə xəstəlik tapmaq ən son istəniləcək bir vəziyyətdir. Ona görə də həkimlər xəbərdarlıq ediblər ki, yeməklərinizə diqqət yetirməsəniz, tətildə bağırsaq infeksiyasına yoluxa bilərsiniz.

Problemsiz istirahət üçün nələrdən çəkinməli?

Yolkənarı, necə bişirildiyi bilinməyən əlüstü yeməklər (piroq, peraşki, sendviç, blinçik və s);
Soyumuş və ya uzun müddət günəş altında qalan qidalar - istilik bakteriyaların böyüməsini sürətləndirir;

Kustar üsulla hazırlanmış kompotlar və şirələr, eləcə də gün altında çox salanan qazlı içkilər;

Öncədən qablara doğranmış salatlar, suyu çəkilmiş tərəvəz və meyvələr,

Üstü örtülməmiş açıq qalan hər hansı qida - onlar infeksiya daşıyıcısı olan həşəratları cəlb edir.
 

Həkimlər tövsiyə edir ki, yad yerlərdə hətta bulaqdan belə su içmək olmaz. Çünki o suyun tərkibi bəlli deyil. Yerli əhalinin mədə bağırsağı buna öyrəşmiş ola bilər. Amma gəlmələr üçün bulaq suları bağırsaqpozucu olur. Yalnız butulka sularına üstünlük verilməlidir.


Təzə hazırlanmış yemək yeyilməli, meyvə və tərəvəzləri axar suyun altında yaxşıca yumalı, doğranan kimi yeməlidirlər. Dənizə girdikdən və qum, çınqılla təmasdan sonra əlləri sabunla yumalı, dezinfeksiyaedici vasitədən istifadə edilməlidir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin