Tramp: “İran hakimiyyəti öz xalqını öldürüb” – VİDEO

Hazırda oxunan: Tramp: “İran hakimiyyəti öz xalqını öldürüb” – VİDEO

624034

Bu gün ABŞ prezidenti Donald Tramp İran hakimiyyəti barədə sərt açıqlamalar verərək onları yalan danışmaqda və öz xalqına qarşı zorakılıq tətbiq etməkdə ittiham edib.

Tramp bildirib ki, İran rəhbərliyi etirazçıları amansızlıqla repressiya edib və ölkədə hakimiyyət dəyişikliyinə imkan verməyib:

“Onlar yalançıdırlar, fırıldaqçılardır, xəstə insanlardır. Onlar öz xalqlarına zərər veriblər. İndiyə qədər etiraz edən 54 min insanı öldürüblər”.

“İnsanlar soruşurlar ki, niyə hakimiyyəti ələ keçirməyiblər? Çünki onlar ölüblər. Onları öldürüblər. Heç kim hakimiyyəti ələ keçirməyəcək — onların silahı yoxdur, digər tərəfdə isə pulemyotlar var. Sonra onları öldürürlər. Mətbuat isə bu barədə məlumat vermir”, - deyə o bildirib.

Tramp İran hakimiyyəti ilə danışıqlara münasibətini də ifadə edib:

“Açığı, vaxtımı onlarla keçirmək istəmirəm. Gözəl danışıqçılarımız istəsələr, danışmağa davam etsinlər. Mən bu insanları sevmirəm”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin