Ukrayna xarici könüllüləri orduya cəlb edir – YENİ PROQRAM TƏSDİQLƏNDİ

Hazırda oxunan: Ukrayna xarici könüllüləri orduya cəlb edir – YENİ PROQRAM TƏSDİQLƏNDİ

624016

Ukrayna Nazirlər Kabineti ölkənin müdafiəsinə könüllü qoşulmaq istəyən əcnəbilərin cəlb edilməsi və müşayiəti ilə bağlı yeni qaydaları təsdiqləyib. Bu proqram çərçivəsində rəsmi lisenziyalı rekrutinq şirkətlərinə hər bir uğurlu namizəd üçün 300 min qrivna məbləğində ödəniş ediləcək.

Bizim.Media xəbər verir ki, bu təşəbbüs Ukrayna Silahlı Qüvvələrinin komplektləşdirilməsi islahatının tərkib hissəsidir.

Proqramın əsas detalları:

Yalnız Ukraynada qeydiyyatdan keçmiş, sanksiyalar altında olmayan və müəyyən tələblərə cavab verən şirkətlər proqramda iştirak edə bilər. Şirkətlər namizədləri ölkəyə gəlişindən tutmuş hərbi müqavilənin imzalanmasına qədər olan bütün mərhələlərdə (sənədləşmə, tibbi komissiya, yerləşmə, qidalanma və s.) müşayiət etməlidir.

Şirkətlər bu fəaliyyətlə məşğul olmaq üçün 5 milyon qrivna məbləğində təminat ödənişi etməlidirlər.
 

Bir namizəd üçün müşayiət paketinin dəyəri 300 min qrivna təşkil edir və bu məbləğ mərhələli şəkildə ödənilir. Əgər namizəd hərbi-tibbi komissiyadan keçə bilməzsə və ya müqavilə imzalamaqdan imtina edərsə, şirkət onun öz ölkəsinə geri qaytarılmasını təşkil etməyə borcludur.


Müdafiə naziri Mixail Fyodorovun sözlərinə görə, bu islahatın məqsədi Ukrayna ordusunun xüsusilə piyada və şturm bölmələrinin döyüş qabiliyyətini gücləndirmək və xarici könüllülərin cəlb olunması prosesini sistemləşdirməkdir. Məqsəd, Ukrayna ordusundakı şturm və piyada vəzifələrinin 30-50%-nin xarici vətəndaşlarla komplektləşdirilməsidir.

Xatırladaq ki, yeni hərbi islahatlar çərçivəsində, həmçinin ön xətdə vuruşan piyadalar üçün orta aylıq maaşın 300 min qrivnaya (maksimum 460 min qrivna olmaqla) qaldırılması barədə qərar qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin