Lənkəranda velosipedçini maşın vurdu – FOTO

Hazırda oxunan: Lənkəranda velosipedçini maşın vurdu – FOTO

624020

Lənkəran rayonunda ağır yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb.
 

İlkin məlumata əsasən, "Nissan" markalı avtomobil velosipedlə hərəkətdə olan 1959-cu il təvəllüdlü, Vilvan kənd sakini Çərkəz Mürivvət oğlu Rəhimovu vurub.


Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti kritik olaraq qiymətləndirilir.

Baş vermiş hadisənin səbəbləri və digər təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.



Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin