Məşhur bankda gözlənilməz istefa – Rəhbər postunu tərk etdi

Hazırda oxunan: Məşhur bankda gözlənilməz istefa – Rəhbər postunu tərk etdi

624025

“Yapı Kredi Bank Azərbaycan”ın Müşahidə Şurasının (MŞ) sədr müavini bankdan ayrılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Plat.az-a bankdakı mənbədən bildirilib.

Qeyd edilib ki, bankın sədr müavini Akif Cahit Erdoğan iyul ayının əvvəlində öz istəyi ilə bankdan ayrılıb.  

O həmçinin, Audit Komitəsinin sədri vəzifəsini tərk edib. MŞ-də hələlik onun yerinə təyinat olmasa da, Audit Komitəsinə yeni sədri Mehmet Erkan Akbulut təyin edilib. 

Qeyd edək ki, Akif Cahit Erdoğan iyul ayının 1-dən etibarən əsas bank olan  “Yapı Kredi Banka”sındakı Kommersiya və KOB bankçılığı üzrə baş direktorun müavini vəzifəsindən də ayrılıb. 

Xatırladaq ki, Akif Cahit Erdoğan 2021-ci ildə “Yapı Kredi Bank Azərbaycan”ın rəhbərliyinə təyin edilmişdi. 

Yapı Kredi Bank Azərbaycan QSC 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)" yaradılıb, 2007-ci ildə rebrendinq edilib. Yapı və Kredi Bankası A.Ş (Türkiyə) bankının törəmə bankıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin