Bakıda gənc oğlan yaşadığı evdə qəfil vəfat edib.
Bizim.Media xəbər verir ki, hadisə ötən gecə Qaradağ rayonu Sahil qəsəbəsində baş verib.
Saat 21 radələrində qəsəbə sakini 2006-cı il təvəllüdlü Nuran Qədirli səhhətinin kəskin pisləşməsi səbəbindən həyatını itirib.
Onun şəkərli diabetdən əziyyət çəkdiyi bildirilib.
Araşdırma aparılır. (Qafqazinfo.az)
Bizim.Media

































































































